Şirvanda traktor dərəyə yuvarlanıb, sürücü ağır yaralanıb

5 Mart 2017 18:00 (UTC+04:00)

Şirvan şəhərində traktorun aşması nəticəsində sürücü ağır yaralanıb.
 
Movqe.az-ın məlumatına görə, traktor Kür çayı üzərindəki  körpüyə qalxan zamanı idarəetməni itirib və dərəyə yuvarlanıb.
 
Nəticədə ağır yaralanan sürücü, Sabirabad rayonunun Qaratuğay kənd sakini 1976-cı il təvəllüdlü Əhmədov Şəmistan Valeh oğlu Şirvan şəhər Xəstəxanasına çatdırılıb və əməliyyata aparılıb.
 
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.  

APA