Evlənmək istəyənlərin doqquz nəfərində QİÇS tapıldı-Özəl

6 Mart 2017 10:14 (UTC+04:00)

Ötən ay nikaha daxil olmaq istəyən 10 min 541 nəfər tibbi müayinədən keçib. Movqe.az-ın məlumatına görə, bu barədə Movqe.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Z. Əlimirzəyeva deyib ki, müayinələr nəticəsində 3 cüylükdə talassemiya daşıyıcılığı aşkar edilib: “ Ötən ay ərzində tibbi müayinədən keçən 49  nəfərdə sifilis, 9 nəfərdə isə QİÇS təyin edilib.  

Zülfiyyə QULUYEVA