"Elə etsəm, toyda meyitimi yerə sərərlər" - Nadir - VİDEO

6 Mart 2017 12:45 (UTC+04:00)

“O qədər maraqlıyam ki, dünya səviyyəli müğənnilər sırasına çatıram. Mən doğrudan da super staram”.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

İfaçı bildirib ki, onu artıq xarici ölkələrdə də tanıyırlar:

“Starı izləmək şərəfdir. Niyə də bizdə star olmasın? Bizim Aygün Kazımovamız, Faiq Ağayevimiz, Röya Ayxanımız var. Onlarda dünya ulduzları qədər istedadlıdırlar. Bilirəm ki, onlar mənim adımı çəkməzlər. Bizi də Türkiyədə, Rusiyada tanıyırlar. Bu yaxınlarda İstanbulda məni tanıyırdılar. Deyirdilər, “Maral” oxuyan sizsiniz?".
 
N.Qafarzadə xalq artisti Ağadadaş Ağayevin ona dediyi tərifləri xatırlayıb:

“Ağadadaş müəllim mənə dedi ki, "Sən heç vaxt dəbdən düşməyəcəksən. Səni səhnədə görürəm, Allah səndən heç nəyi əsirgəməyib. Gözəl siyasətin var, davranışın, mehribanlığın yerindədir". Amma mənim siyasətim yoxdur. Müğənni var ki, toyda ağzına gələni danışır, insanları dolayır. İnsanlar onu qəbul edirlər. Mən etsəm, orada meyitimi yerə sərərlər. Ona görə də toyda qısa danışıram".