Başı kəsilən qız nişanı niyə qaytarmaq istəyib? - TƏFƏRRÜAT/FOTO

6 Mart 2017 14:05 (UTC+04:00)

Bakının Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızının nişanlısı Məcidov Nəcəf Ramiz oğlu tərəfindən başının kəsilərək öldürüldüyü haqda məlumat vermişdik.
Milli.az-a daxil olan məlumata görə, İlahənin 2 ilə yaxın nişanlı qaldığı Məcidov Nəcəfin üzüyünü qaytarma səbəbi ortaya çıxıb. Nəcəfin narkoman olduğundan xəbər tutan İlahənin yaxınları qıza nişanı qaytarmaq üçün təzyiq ediblər.
Ağayeva İlahə nişanlısının pis vərdişini bildikdən sonra nişanı qaytarmaqda israrlı olduğunu Nəcəfə bildirib.

12:54
Bakıda nişanlısını öldürən 31 yaşlı oğlanı tutmaq hələ ki, mümkün olmayıb.

Movqe.az xəbər verir ki, dünən səhərə yaxın Binə qəsəbəsində "Nardaranlılar məhəlləsi" kimi tanınan əraziyə, nişanlısının evinə gələrək onu öldürən 1986-cı il təvəllüdlü Məcidov Nəcəf Ramiz oğlu qaçıb. 

N.Məcidov nişanlısı, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızını və onun bacısı, 1997-ci il təvəllüdlü Ağayeva Rəhimə Dəyanət qızını bıçaqladıqdan sonra naməlum istiqamətə gedib.

Nəticədə İ. Ağayeva aldığı xəsarətdən dünyasını dəyişib. R. Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, 31 yaşlı Nəcəf İlahənin ondan ayrılmaq istədiyini öyrənəndən sonra onu öldürmək qərarına gəlib və gecə saatlarında qızın yaşadığı evə basqın edərək onu öldürüb. Bu zaman araya girən Rəhimə də xəsarət alıb.

Hazırda cinayəti törətmiş şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

 lent.az