ARDNF Frankfurtda daşınmaz əmlaka yatırdığı investisiyanın məbləğini açıqlayıb

7 Mart 2017 11:23 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Almaniyanın Frankfurt şəhərində yerləşən daşınmaz əmlak kompleksinə ilkin mərhələdə yatırdığı investisiyanın məbləği açıqlanıb.

Movqe.az Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir ki, ötən il ARDNF Frankfurtda yerləşən daşınmaz əmlak kompleksinə ilkin mərhələdə 10 mln. avro investisiya yatırıb.
 
Qeyd edək ki, bu daşınmaz əmlak kompleksində ARDNF-in iştirak payı 41 mln. avro təşkil edir.