Milli Məclisdə iclasdı - "Əmək pensiyaları haqqında" qanun dəyişə bilər

7 Mart 2017 12:13 (UTC+04:00)

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.Movqe.az  xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin seçilməsi, Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin hesabatı, "Məktəqədər təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi, "Sərhəd qoşunları haqqında", "Əmək pensiyaları haqqında" və digər bir sıra qanunlara dəyişikliklər olmaqla, 13 məsələ daxildir.