Neapollu azarkeşlər "Real" futbolçularına dinclik vermədi

7 Mart 2017 17:15 (UTC+04:00)

Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"ı qəbul edəcək "Napoli"nin qarşısında çətin vəzifə durur. Neapol klubunun azarkeşləri də komandaya hər cür dəstək verməkdə davam edirlər.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 100-ə qədər "Napoli" azarkeşi madridli futbolçuların qaldığı otelin ətrafına yığışıb və onlara rahat dincəlmək imkanı yaratmayıblar. Azarkeşlər hay-küy, musiqi vasitəsilə "Real" oyunçularını yatmağa qoymayıb. "Kral klubu" yerli azarkeşləri görməmək üçün, hətta səhər məşqini də təxirə salıb.