İsrail yəhudi məskənlərinə qarşı çıxanların ölkəyə girişinə qadağa qoyub

8 Mart 2017 15:00 (UTC+04:00)

İsrail parlamenti İordan çayı vadisində yəhudi məskənlərinin salınmasına qarşı çıxan və buna görə ölkəni boykot etməyə çağıran şəxslərin dövlət ərazisinə girişinə qadağa qoyan qanun qəbul edib.

"Report" "Financial Times"a istinadən xəbər verir ki, akt İsrailin baş naziri Binyamin Netanyahunun fəal dəstəyi ilə qəbul olunub.
Sənədin mətninə əsasən, İsrail aşkar şəkildə onu və ya onun nəzarəti altında olan əraziləri boykot etməyə çağıran əcnəbilərin ölkəyə girişinə icazə verməyəcək.
Müxalifətçi deputatlar qanunun əleyhinə çıxış ediblər, bildiriblər ki, bu, İordan çayının Qərb sahili və Qəzzə əhalisinin siyasi əqidəsinə xələl gətirir.