ABŞ-da Rusiya üzrə xüsusi prokuror təyin edilə bilər

8 Mart 2017 19:30 (UTC+04:00)

ABŞ Ədliyyə Nazirliyinin rəhbərinin müavini postuna namizəd Rod Rozenstayn prezident Donald Trampın komandasının Rusiya ilə əlaqələrinin olub-olmamasını araşdırmaq üçün xüsusi prokuror təyin edəcəyini istisna etməyib.  Movqe.az-ın  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rod Rozenstayn həmçinin ABŞ-da keçirilən son prezident seçkilərinə  Rusiyanın müdaxiləsini araşdıracağını vəd edib.