Danimarkada 14 yaşlı yeniyetmə İkinci Dünya Müharibəsindən qalmış təyyarənin qalıqlarını tapıb

9 Mart 2017 09:40 (UTC+04:00)

Danimarkanın 14 yaşlı sakini, məktəbli Daniel Kristiansen İkinci Dünya Müharibəsindən qalmış təyyarənin qalıqlarını tapıb.

Movqe.az-ın məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər verib.
Xəbərdə bildirilir ki, məktəbli metalaxtaran qurğu vasitəsilə predmetlər axtararaq tarix dərsində ona verilmiş ev tapşırığını yerinə yetirmək istəyib. O, təxminən 8 metr dərinlikdə böyük dəmir parçalarını aşkarlayıb.
Yeniyetmənin atası tapıntını qazıb çıxarmaq üçün qonşudan ekskavatoru kirayəyə götürüb. Qazıntılar zamanı məlum olub ki, qalıqlar almanların "Messerschmitt" qırıcısına aiddir. O, 1944-cü ilin sonlarında vurulub.
Qeyd edək ki, yeniyetmənin aşkarladığı təyyarədə pilotun da cəsədinin qalıqları müəyyən edilib.