NATO PA-nın yaz sessiyası Tbilisidə keçiriləcək

9 Mart 2017 11:10 (UTC+04:00)

NATO Parlament Assambleyasının (PA) yaz sessiyası bu il mayın 26-dan 29-dək Gürcüstan paytaxtı Tbilisidə keçiriləcək.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, bununla bağlı Gürcüstanın baş naziri Georgi Kvirkaşvili ilə NATO Parlament Assambleyasının prezidenti Paolo Alle arasında keçirilən görüşdə razılıq əldə edilib.