Sumqayıt yolunda ağır qəzanın görüntüləri-Video-YENİLƏNİR

9 Mart 2017 10:32 (UTC+04:00)

Bu gün Bakı-Quba magistralının 11-ci kilometrliyində, Masazır qəsəbəsi yaxınlığında baş vermiş dəhşətli qəzada vəfat edən tələbələrin hamısının adı açıqlanıb. Sumqayıt Dövlət Universitetindən bildirilib ki, qəzada Tarix və Fizika Fakültələrinin tələbəsi olan Nəsibov İbrahim Xəqani oğlu, Quliyev İbrahim Vüqar oğlu, Caniyev Rəşad Füzuli oğlu, Muradova Roza Eynulla qızı və Quliyeva Çinarə Azər qızı vəfat edib.

Xəstəxanalara yerləşdirilmiş tələbələrdən Lalə Nəsibzadənin və Aydan Mürsəlzadənin vəziyyəti daha ağırdır.

***

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun maneəyə çırpılması nəticəsində Sumqayıt Dövlət Universitetinin iki tələbəsi həyatını itirib, bir neçə tələbə isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerlşdirilib. Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən qəza zamanı 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. SDU-nun mətbuat xidmətin rəhbəri Nazxanım Cəlilova  Movqe.az-a açıqlamasında bildirib ki, qəzada həyatlarını itirən tələbələr İbrahim Quliyev və İbrahim Nəsibovdur. Onların hər ikisi Fizika fakültəsinin 3-cü kurs tələbələridir.  Qəza zamanı yaralanan tələbələr Sumqayıt şəhər xəstəxanasına və Bakıda yerləşən 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb.