Evdən 4 min manatlıq qızıl oğurlandı - Bakıda

9 Mart 2017 11:23 (UTC+04:00)

Bakının Suraxanı rayonunda evlərdən birindən oğurluq edilib. MovTeleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 4.000 manat dəyərində qızıl əşyaları oğurlanması barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sabir Vəliyev tutulub.