Putin 10 generalı işdən çıxarıb

9 Mart 2017 18:30 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə RF İstintaq Komitəsinin, Cəzaların İcrası Federal xidmətinin və Daxili İşlər Nazirliyinin sıralarından 10 generalı vəzifəsindən azad edib.

Movqe.az xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Vəzifədən azad olunanlar arasında Daxili İşlər Nazirliyinin regional idarələrinin başçıları polis general-leytinantı Vladimir Berqlezov, general-mayor Serqey Jelvakoviç, general-leytinant Serqey Solodovnikov, general-mayor Vitaliy Fedotov, general-leytinant İvan Şaev da var.