“Qarabağ münaqişəsi Amerikasız həll edilə bilməz” - Lavrov

9 Mart 2017 19:00 (UTC+04:00)

ABŞ-sız həlli mümkün olan heç bir münaqişə yoxdur. Movqe.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Ziqmar Qabriellə görüşü zamanı bildirib. 

“Praktiki olaraq Birləşmiş Ştatların iştirakı olmadan həlli mümkün olan heç bir münaqişə yoxdur”, - deyə Lavrov vurğulayıb. 

Lavrov bu açıqlaması ilə bilavasitə Bakı və İrəvana mesaj verir ki, digər münaqişələr kimi Dağlıq Qarabağ münaqişəsi də Birləşmiş Ştatların iştirakı olmadan həll edilə bilməz.