Bakının mərkəzi susuz qalacaq

10 Mart 2017 10:05 (UTC+04:00)

Paytaxtın mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a  verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 mart 2017-ci il tarixdə gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir. 

Zülfiyyə QULUYEVA