Baklda bir kiloqramı 720 manata alça satılır-ŞOK

10 Mart 2017 12:25 (UTC+04:00)

Bakıda bir kiloqramı 720 manata alça satışa çıxarılıb. Movqe.az-ın əməkdaşının verdiyi məlumata görə, alça Port Bakı Bazarda satılır. Satıcılar Movqe.az-ın əməkdaşı ilə söhbət zamanı alçanın xarici ölkədən gətirilmədiyini, Şəmkir alçası olduğunu söyləyiblər:"Biz sadəcə satıcıyıq. Bizə neçəyə desələr, qiyməti də çıxarıb vururuq üzərinə. Bircə onu bilirik ki, 720 manata alıcılara təklif etdiyimiz alça, Şəmkirdən gətirilib". 

Zülfiyyə QULUYEVA