Vitamin C nəyə lazımdır?

24 Aprel 2012 18:33 (UTC+04:00)

Vitamin C orqanizm üçün olduqca faydalıdır.

Vitamin C bir çox xəstəliklərin qarşısını alan, suda əriyən bir maddədir.

Qeyd edək ki, məməli heyvanların orqanizmi bu vitamini hasil edə bilir. Lakin insan və meymunların əksəriyyəti C vitaminini hasil edə bilmirlər. Bu səbəbdən də, onlar bu vitamini qida vasitəsiylə almalıdırlar.

İnsan orqanizmi vitamini yığmaqda çətinlik çəkir. C vitamini olduqca az dozalarla yığılır. Bu isə orqanizm üçün yetərincə olmaya bilər.

Bu vitaminlə ən çox portağal, limon, qreypfrut, yemiş və çiyələk zəngindir. Bir çox insanlar C vitaminini dərman şəkilində qəbul edirlər. Lakin ən yaxşısı bu vitamini qida vasitəsiylə almaqdır.

 

Türkan Nadirqızı

Movqe.Az