Ruhani prezident seçkilərində YENƏ namizədliyini irəli sürəcək

10 Mart 2017 14:36 (UTC+04:00)

İran prezidenti Həsən Ruhani ikinci dəfə də prezident seçkilərində öz namizədliyini irəli sürəcək. Movqe.az-ın məlumatına görə, bu barədə İranın vitse-prezidenti Akbar Torkan məlumat verib.

Qeyd edək ki, İranda prezident seçkiləri bu ilin may ayına planlaşdırılıb.

İranda prezidentin səlahiyyət müddəti 4 ildir.