Gülyanaq Məmmədovanın rəqqasə qızı - fotolar

10 Mart 2017 16:18 (UTC+04:00)

Xalq artisti Gülyanaq Məmmədova “Hər şey daxil” verilişinin qonağı olub.

Movqe.az-ın məlumatına görə, müğənni proqrama qızı Səidə ilə birlikdə qatılıb. İfaçının övladı canlı yayımda rəqs nümayiş etdirib. G.Məmmədova bildirib ki, qızı rəqs dərsləri alır. 

Yenicə ana olan G.Məmmədova pəhriz saxladığını deyib:

“Bir az çəki atmışam. Hələ bundan sonra 5-6 kiloqram da atmalıyam”.

Qeyd edək ki, G.Məmmədovanın 4 övladı var. 





 

axşam.az