Rusiya qış olimpiya oyunlarına 51 milyard xərcləyib

5 Fevral 2013 14:15 (UTC+04:00)
Rusiyanın Soçi şəhərində keçiriləcək qış olimpiya oyunlarının başlamasına bir il qalmış tikinti-quraşdırma işləri davam edir. İşlər demək olar ki, bütün Soçini əhatə edib.
Rusiya hökumətinin açıqladığı xərclər smetası isə 51 milyard dollar təşkil edib. Bu xərclərə, təkcə yeni idman meydançalarının tikintisindən başqa, həm də şəhərin infrastrukturunun yaxşılaşdırılması daxildir.
Qeyd edək ki, gələn il fevralın 6-dan 23-dək keçiriləcək qış olimpiya oyunlarının proqramında 15 idman növü yer alacaq.