"Galatasaray"dan tarixi qərar

14 Mart 2017 13:37 (UTC+04:00)

Movqe.az goal.az-a istinadən xəbər verir ki, "NTV Spor" klub rəhbərliyinin baş məşqçi İqor Tudorun raportuna əsasən qərar verdiyini bildirib.

Komandada ciddi dəyişikliklər etməyi düşünən rəhbərlik bəzi futbolçularla yollarını ayırmağı planlaşdırır. Dəyişiklik yaşı 30-u keçmiş oyunçulardan başlanacaq. Xorvatiyalı mütəxəssisin siyahısında ilk sırada Sarıoğlu yer alıb.

Qeyd edək ki, Sabri Sarıoğlu 2003-cü ildən geyinməyə başladığı "Galatasaray" forması ilə 14 il ərzində 6 çempionluq, 4 kubok və 5 Superkubok qazanıb.