Xumar Zaurla küsülü imiş: "Bir il məni danışdırmadı"

15 Mart 2017 12:36 (UTC+04:00)

"Xəzər" TV-də yayımlanan “5/5” verilişinin bayram buraxılışının qonağı əməkdar artist Xumar Qədimova olub.

Movqe.az-ın məlumatına görə, proqramın aparıcısı Zaur Kamal X.Qədimovanın bir il onla küsülü qaldığını açıqlayıb:

“Özü də küsdüsə, qurtardı. Oğul ona deyirəm, nazını çəkə bilsin. Xumar xanım iki böyük sənətkarımız - Rövşən Behcət və Kamandar İbrahimovu mənə tanıdıb sevdirdi. Məndən rica etdi ki, onları “Ay Zaur” verilişinə çəkib işıqlandırım. Çəkiliş zamanı Kamandar müəllimin oğlu da ifa etdi. Xumar xanım dedi ki, həmin ifanı saxla, mənimkini çıxart. Mən isə əksini etdim. Onun ifasını kəsib, Xumar xanımı saxladım. Bax, bu səbəbdən məndən küsdü. Hansı müğənni bunu edər?”.

axşam.az