7 min ildən çox yaşı olan artefaktlar aşkar olundu

10 May 2017 12:39 (UTC+04:00)

Misirdə yaşı 7 min ildən çox oan Neolit dövrünə aid artefaktlar aşkar edilib.

Movqe.az report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al-Youm al-Sabia" nəşri məlumat yayıb.

Fevralın əvvəlindən ölkənin şimalında yerləşən Daqahliyə rayonunda qazıntılarla məşğul olan Misir-Fransa birgə arxeoloji missiyası Misir torpağında nə vaxtsa tapılan ən qədim abidələri təqdim edib.

Daqahliyə arxeoloji kompleksinin rəhbəri Səlim əl-Bağdadinin sözlərinə görə, tapılan əşyalar arasında balıq ovu, həmçinin taxıl emalı üçün nəzərdə tutulan primitiv alətlər var.