Bu ilin ilk 2 ayında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub

15 Mart 2017 16:45 (UTC+04:00)

Yanvar-fevral aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Movqe.az-a  verilən məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub.

Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.