Proqnoz: Bu il Azərbaycanda kreditləşmənin 5% daralması gözlənilir

16 Mart 2017 10:30 (UTC+04:00)

"Azərbaycan Beynəlxalq Bankına (ABB) dəstək paketinə Bankın davamlı qısa xarici valyuta balansının azaldılması tədbiri daxil ola bilər. Hansı ki, onlar dövlətlə əlaqəli passivləri milli valyutaya konvertasiya edə bilər. Hazırda ABB-nin bank sektorundakı payı 10%-ə bərabərdir". "Report" xəbər verir ki, bu, "Fitch" beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı yaydığı məlumatda qeyd edilib.

"Fitch" bu il Azərbaycanda kreditləşmənin 5% azalacağını proqnozlaşdırır: "Bank sektorunda 90 günə qədər olan qeyri-sağlam borcların həcmi 2016-cı ilin sonuna 21% olub. Halbuki, bu rəqəm 2015-ci ildə 12% idi. 2016-cı ildə kreditlərin 48%-nin xarici valyutada olması 2017-ci ildə təzyiq yaradacaq. Biz bu il kreditləşmədə 5%-lik daralma gözləyirik".