Qardaş bacısını baltalayıb öldürdü - Bərdədə

16 Mart 2017 15:59 (UTC+04:00)

Bərdə rayonunda qətl hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə şəhərində qeydə alınıb.  Şəhərin Füzuli küçəsində yaşayan 22 yaşlı Hafiz Vaqif oğlu İbrahimli 21 yaşlı bacısı Leyla İbrahimlini baltalayaraq öldürüb. Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.