Ailəsi 13 yaşlı qızlarının hamilə olduğunu xəstəxanada öyrəndi - FOTO

17 Mart 2017 11:40 (UTC+04:00)

Kirazın Örencik mahalında yaşayan Ayaydın ailəsinin 13 yaşlı qızının halı ötən həftə pisləşib.

Ailəsi tərəfindən dövlət xəstəxanasına aparılan M.A-nın 8 aylıq hamilə olduğu bilinib.

Movqe.az bildirir ki, onun yaşının 18-dən aşağı olduğuna görə həkimlər vəziyyəti polisə bildiriblər.

M.A-nın ifadəsi alınıb. O bildirib ki, 28 yaşlı Y.K onunla bir neçə dəfə cinsi əlaqədə olub.

Qızın ifadəsindən sonra Olqunlar mahalında yaşayan Y.K polislər tərəfindən saxlanılıb. O, həbsxanaya göndərilib.

Dövlət 13 yaşlı qızı himayəsinə götürüb.

milli.az