Almaniyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

17 Mart 2017 15:47 (UTC+04:00)

Futbol üzrə Almaniya milli komandasının martın 22-də Dortmundda İngiltərə ilə yoldaşlıq görüşü, martın 26-da isə Bakıda Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Bundestimin baş məşqçisi Yoahim Löv yeni futbolçulara da dəvət göndərib. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.