Gənc oğlan 23 il qəfəsdə yaşadı

24 Aprel 2012 19:13 (UTC+04:00)

23 yaşlı Vey Yun adlı Çinli iki yaşından qəfəsdə yaşayırdı. O bu qəfəsə valideyinləri tərəfindən həbs edilmişdi. Ömrünün yarısını o taxta qəfəsdə tərpənə bilmədən keçirdi.

V.Yunun valideyinləri bunu bu cür izah edirlər: "Biz yeganə övladımızı qorumaq istəyirdik. Bu səbəbdən də, onu qəfəsdə həbs etdik".

Qeyd edək ki, 1991-ci ildə iki yaşlı Yunun başına xoşa gəlməz bir hadisə gəlib. Qaynar su üstünə tökülüb və bədəninin bir çox hissəsi yanıb. Bu hadisədən sonra uşaqın atası onu qəfəsdə yaşamağa məhkum edir.

Hal-hazırda Yun nə yaxşı danışa bilir, nədəki oxumağı və yazmağı bilir. O cəmiyyət arasında belə yaşamağa uyğunlaşa bilmir. V.Yunu ancaq həftədə bir dəfə çimmək üçün çıxardırdılar.

Çin hakimiyyəti valideyinləri qəddar rəftarlarına görə, mühakimə edəcəklər.

 

Türkan Nadirqızı

Movqe.Az