Avropa Şurası: Həbsxanalarda ən çox ölüm halı Ermənistanda baş verir

19 Mart 2017 21:31 (UTC+04:00)

2005-ci ildən başlayaraq Ermənistanda məhbusların sayı 48 faiz artıb. Beləliklə, Ermənistan son 10 ildə məhbusların sayı ən çox artan ölkələrdən biri olub.

Movqe.az "News.am"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurasının penitensiar sistem üzrə hesabatında deyilir.

Hesabata əsasən, bütün yoxlanəlmış ölkələrin arasında həbsxanalarda ən çox ölüm halı Ermənistanda baş verir.

Ermənistanda bir məhbusun orta gündəlik xərcləri 10,3 avro təşkil edir. Bu isə Avropa Şurasının digər ölkərinə nisbətdə 5 dəfə azdır.

Eyni zamanda hesabatda qeyd olunur ki, Ermənistanda qadın və əcnəbi məhbusların sayı azdır.