Göyərtəsində 44 sərnişin olan təyyarə qəzaya uğradı

20 Mart 2017 18:42 (UTC+04:00)

Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Movqe.az APA-ya  istinadən xəbər verir ki, bu barədə "Airlive" portalı məlumat yayıb.
 
Təyyarə Vau aeroportunda yerə çırpılıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub. Qəza ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.