Azərbaycanda donorların verdiyi qanın miqdarı artıb

21 Mart 2017 11:25 (UTC+04:00)

Azərbaycanda əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı artıb. Movqe.az-ın məlumatına görə, 2010-cu ildə 19,5 ton, 2015-cü ildə 33 ton qan tədarük olunub.

2016-cı ildə isə tədarük olunan qanın miqdarı artaraq 36 tondan çox olub.

Hazırda ölkə üzrə tibb müəssisələrinin və xəstələrin təhlükəsiz donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.