Hüsnü Mübarək azadlıqda

21 Mart 2017 21:38 (UTC+04:00)

Misirin sabiq prezidenti Hüsnü Mübarək azadlığa çıxıb.  APA-nın məlumatına görə, bu barəjə Misirin “Al Youm Al Sabe” qəzeti məlumat yayıb. Qeyd edək ki, Misir Baş Prokurorluğu martın 13-də Kassasiya Məhkəməsinin H. Mübarəkin azadlığa çıxması barədə qərarını bəyənib. Məhkəmə sabiq prezidentin nümayişçilərin ölümündə günahının olmadığı barədə qərar verib.