Mövlud Çavuşoğlu ABŞ rəsmiləri ilə görüşüb

22 Mart 2017 11:30 (UTC+04:00)
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ ədliyyə nazirliyində ABŞ rəsmiləri ilə görüş keçirib. Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu nazirliyin nümayəndəsi Piter Karr bildirib. "Biz bugünkü görüşün olduğunu təsdiq edə bilərik, lakin görüşdə nə müzakirə olunduğunu şərh etməkdən imtina edirik", - Karr bildirib. Bir müddət əvvəl Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ 2016-ci ilin iyul ayında çevriliş cəhdinin təşkilində ittiham olunan Fəthullah Gülənin mümkün ekstradisiyası ilə bağlı Vaşinqtonda müzakirələrin aparılacağı barədə məlumat verib.