Xarkov metrosunda silahlı insident baş verib, yaralanan var

22 Mart 2017 22:20 (UTC+04:00)

Ukraynanın Xarkov şəhərində metroda silahlı insident baş verib.

 

Movqe.az APA-ya  istinadən verdiyi xəbərə görə, 31 yaşlı Xarkov vilayəti sakininin travmatik tapançadan açdığı atəş nəticəsində  bir nəfər yaralanıb.

 

Ayağından yaralanan 29 yaşlı oğlan xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs  polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, o, sərxoş vəziyyətdə olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparlır.