Rusiyadan hərbi məhsulların ixrac həcmi 15 milyard dolları ötüb

23 Mart 2017 18:30 (UTC+04:00)

2016-cı ildə Rusiyadan hərbi məhsulların ixrac həcmi 15 milyard dolları ötüb.

Bu barədə xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyanın iclasında Rusiya prezidenti Vladimir Putin məlumat verib.

"Ötən ilin yekunu üzrə Rusiya dünyada hərbi ixrac həcmi üzrə ikinci yeri əminliklə özündə saxlayır: ötən il o, 15 milyard dolları ötüb", - deyə Kremlin mətbuat xidməti prezidentin sözlərini sitat gətirib.

Onun sözlərinə görə, 2015-ci ildə hərbi ixrac həcmi 14,5 mlrd. təşkil edib.