Miqrantlarla dolu 2 gəmi batıb - 250 nəfət itkindir

24 Mart 2017 14:30 (UTC+04:00)

Liviya sahillərində azı 250 nəfəri daşıyan 2 gəmi batıb. Movqe.az "RİA Novosti"yə istinadən xəbər verir ki, dənizdən 5 cəsəd tapılıb.

"ЕС Frontex" agentliyinin məlumatına görə, 2016-cı ildə Aralıq dənizi ilə İtaliyaya 180 mindən çox miqrant keçib. 2016-ci ildə həlak olmuş və itkin düşmüş miqrantların sayı isə 5 mindən artıq olub.