Çeçenistanda hərbi hissəyə hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

25 Mart 2017 10:30 (UTC+04:00)

Rosqvardiyanın Çeçenistanda yerləşən hərbi hissəyə hücuma görə məsuliyyəti "İslam dövləti" terror qruplaşması öz üzərinə götürüb.

Movqe.az-ın RİA Novosti-yə istinadən veridiyi xəbərə görə, bu haqda radikal qruplaşmaların internet fəaliyyətini izləyən SITE Intelligence Group məlumat verib.

Martın 24-nə keçən gecə altı yaraqlı Naurskaya stanitsasında yerləşən hissəyə hücum ediblər. Hücum nəticəsində bütün yaraqlılar məhv edilib, eyni zamanda 
Rosqvardiyanın 6üzvü həlak olub, 3 nəfər yaralanıb.