İsmayıllıda 5 otaqlı ev yanıb

25 Mart 2017 18:32 (UTC+04:00)

İsmayıllı rayonunda 5 otaqlı ev yanıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qıçatan kəndində (rayon mərkəzindən 38 km aralı) ümumi sahəsi 108 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.