ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

26 Mart 2017 10:00 (UTC+04:00)

ABŞ Suriya, İran və Şimali Koreya ilə bağlı kütləvi qırğın silahlarının yayılmamasına dair Amerika qanunları ilə əlaqədar 8 Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib.

Movqe.az milli.az-a istinadən bildirir ki, bu barədə Dövlət Departamenti nümayəndəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, tətbiq edilən sanksiyalar sözügedən qanunvericiliyin tələbinə uyğun olaraq fəaliyyətin mütəmadi olaraq aparılan qiymətləndirməsinin nəticəsi olub.