Əkrəm Əylislinin oğlu işdən çıxmasına aydınlıq gətirdi

6 Fevral 2013 12:09 (UTC+04:00)
Dövlət Gömkük Komitəsi DGK-nin Əkrəm Əylislinin oğlunun- gömrük polkovnik-leytenantı Nəcəf Naibovun işdən çıxarıldığı barədə yayılan xəbərin doğru olduğunu təsdiqləyib. Komitənin mətbuat xidmətindən Movqe.az-a bildirdilər ki,  ki,  DGK-nın Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş İdarəsinin aksiz şöbəsinin  rəisi Nəcəf Naibov özü könüllü şəkildə ərizə yazaraq işdən çıxıb.  N. Naibov isə işdən öz ərizəsi ilə çıxdığını təsdiqləsə də, buna əsasın olduğunu gizlətmədi: "Mən 12 il dövlətə xidmət göstərmişəm. Gömrük sistemində işlədiyim vaxt işimdəki nöqsana görə, heç vaxt töhmət almamışam. İndi siz özünüz fikirləşin, işlərim qaydasında getdiyi halda, işimdə hər hansı nöqsana yol vermədiyim halda, işdən niyə könüllü ərizə yazıb çıxardım ki? Deməli nəsə əsas olub ki, çıxmışam. Amma mən bu işlərə qarışmaq istəmirəm. Ağsaqqal (atası Əkrəm Əylislini nəzərdə tutur) nə yazıb özü bilər".
Sizə işdə atanızın yazdığı "Daş Yuxular"a görə, təyziq, hər hansı formada kinayə, təsir edən olubmu? sualımıza- N. Naibov belə cavab verdi: "Mən heç nə danışmaq istəmirəm. Siz bu məsələdə nə fikirləşirsiniz? Bu dönəmdə mənim işdən öz ərizəmlə çəxmağımın səbəbi nə olar sizcə? Düzdür ərizəni özüm yazmışam. Amma duran yerdə də bu qərarı niyə verərdim ki? Nəysə".