Bakıda yanğın olub, xəsarət alan var

26 Mart 2017 16:48 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin iki otağın yanar konstruksiyaları və ev əşyaları 35 m2 sahədə yanıb.

Yanğın nəticəsində 1 nəfər üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.