Moskvada partlayış təhlükəsi ilə əlaqədar ticarət mərkəzindən 300 nəfər təxliyə edilib

26 Mart 2017 18:31 (UTC+04:00)

Moskvada "Omeqa Plaza" ticarət mərkəzində partlayış təhlükəsi ilə əlaqədar 300 nəfər təxliyə edilib.

Movqe.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat yayıblar.

Məlumatda deyilir ki: "İlkin məlumatlara görə, binada partlayıcı qurğunun olması barədə anonim zəng gəlib. Partlayış təhlükəsi ilə əlaqədar binada 300 nəfər təxliyə edilib".

Hadisə yerində əməliyyat xidməti və kiloqlar işləyir.