ABŞ prezidenti yenə “soyqırım” ifadəsindən istifadə etməyib

24 Aprel 2012 21:38 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama uydurma "erməni soyqırımı"nın növbəti ildönümü ilə bağlı ənənəvi açıqlamasında yenə "soyqırım" ifadəsindən istifadə etməyib.APA-nın xəbərinə görə, B. Obama ölkədəki erməni diasporasının təzyiqlərinə baxmayaraq, 1915-ci il hadisələrini soyqırım adlandırmayıb. O, ötən il olduğu kimi, erməni dilində "böyük fəlakət" mənasına gələn "meds yeghern" ifadəsini işlədib.