Əkrəm Əylisli: " Bəxtiyar Vahabzadə ilə əsərlə bağlı aramızda mübahisəmiz düşüb"
6 Fevral 2013 12:55 (UTC+04:00)
"Bəxtiyar Vahabzadə ilə münasibətimiz o qədər də pis olmayıb. O,
mənim müəllimim olub. Aramızda əsərlə bağlı bir dəfə mübahisə
düşüb. O da Bəxtiyar Vahabzadənin Gülüstan əsəri ilə bağlı
olub. Bəxtiyar Vahabzadə deyirdi ki, məni o əsərimə görə çox
təqib ediblər. Onda mübahisəmiz düşmüşdü. İnanmıram ona görə
Bəxtiyar Vahabzadə mənə belə bir şer yazsın".
Bu sözləri Movqe.az-a açıqlamasında Əkrəm Əylisli deyib: "Bir də
Bəxtiyar Vahabzadə elə qorxaq adam deyildi ki, o şeri mənə yazıb
gizlədə. Axı nədən, kimdən qorxurdu Bəxtiyar. Bu "Axtarırsan" şeri
bir təxribatdır mənə qarşı. Kimsə tapıb üzə çıxardıb. Qoymurlar mən
gündəmdən düşüm. Bu məsələ köhnəlsin. Bu şerin mənə ithaf
olunduğuna inanmıram. Bir də Bəxtiyar sağ deyil ki, ondan soruşaq
ki, bu şeri kimə yazmısan. Artıq mən yorulmuşam bu məsələrdən.
İmkan vermirlər".