"İnstagram" fenomeni filmə çəkilir

27 Mart 2017 12:44 (UTC+04:00)

Bir hərəkəti ilə an içində məşhurlaşan türk iş adamı Nüsret Gökçedən son zamanlar xəbər alınmırdı.

Movqe.az-ın haberler.com-a istinadən məlumatına görə, onu görmək üçün  restoranına gələn qonaqlar peşman olurlar, çünki uzun növbə gözləsələr də, Nüsreti  görə bilmirlər.

Bütün bunların səbəb isə çox keçmədən anlaşılıb. Nüsrətin Kolumbiyada olduğu məlum olub. Dünya ulduzlarının da diqqətini çəkən İnstaqram fenomeni orada film çəkilişlərinə qatılıb.