25 ildir küçələrdə yaşayan adam dəyişib belə oldu

27 Mart 2017 22:12 (UTC+04:00)

İspaniyanın Palma De Malyorka bölgəsində bir bərbər illərdir evsiz olan və küçələrdə yaşayan Xose adlı şəxsə onun imicini dəyişdirmək təklifi edib.

Movqe.az-ın  big.az-a istinadən məlumatına görə, 25 ildir küçələrdə gecələyən Xose təklifi qəbul edib. O, sonda öz görünüşünə təəcüblənib.

Xosenin tanışları onu tanımaqda çətinlik çəkiblər. O, bu dəyişikliyin ardından spirtli içkiyi buraxıb yeni iş tapacağını bildirib.