Dünyanın ən uzun pişiyi öldü

6 Fevral 2013 15:04 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünyanın ən uzun ev pişiyi "Stewie" 8 yaşında öldü. "Stewie" 2010-cu ildə 1.23 metrlik bədən uzunluğuyla "Guinness" rekordlar kitabına düşüb. O, son bir ildir ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı. "Stewie"nin sahibi Robin Hendrikson ölüm xəbərini pişiyinin "Facebook" hesabından paylaşıb. Hendrikson, "Stewie çox ictimai bir pişik idi, insanlarla tanış olmağı çox sevərdi. Bir çox adamın həyatına girdi." deyib. "Stewie"nin pərəstişkarları "Facebook" səhifəsindən kədərlərini bölüşüblər. "Stewie" "ən uzun quyruq" rekordunun da sahibidir.