İngiltərədəki homoseksuallara xoş xəbər

6 Fevral 2013 16:07 (UTC+04:00)

Movqe.Az bildirir ki, İngiltərə homoseksualların rəsmi nigahla evlənməsini təmin edən qanunu parlamentdə qəbul edib. Yeni qanunla ölkədə, homoseksuallar dini və rəsmi nigah bağlayaraq evlənə biləcək. İqtidardakı Mühafizəkar Partiyanın dəstəklədiyi qanun layihəsi 175-ə qarşı 400 səslə qəbul edilib. Mühafizəkar Partiyalı 140-a yaxın millət vəkilinin də buna qarşı səs verdiyi bildirilir. İngiltərədə bərabərlik mövzusunda alınan "tarixi bir qərar" olaraq xarakterizə edilən yeni qanuna, Baş nazir Devid Kameron dəstək verməsinə baxmayaraq partiyasından çox sayda millət vəkilinin qarşı olduğu bildirilir. Baş nazir Kameron, səsvermədən əvvəl etdiyi çıxışda evliliyin hansı şəkildə olursa olsun cəmiyyəti gücləndirici bir ünsür olduğunu qeyd edib. Hakimiyyətin ortağı Liberal Demokrat Partiyasının ümumi başçısı Nik Kleg isə səsvermənin nəticəsinin parlamentin evlilikdə bərabərliyə təsdiqin bir göstəricisi olduğunu ifadə edərək, "Kim olduğunuz, kimi sevdiyiniz əhəmiyyətli deyil. Evlilik sevgi və öhdəliklər üzərində qurulur." sözlərini bildirib. Digər tərəfdən Anqlikan Kilsəsi, eynicinsli evliliyin qanuniləşməsini "evlilik nizamnaməsi"nə zərər verəcəyi səbəbiylə qarşı çıxır. İngiltərədə 2005-ci ildən bu yana tətbiq edilən mədəni ortaqlıq (civil partnership) haqqı ilə homoseksuallar, həyatlarını birləşdirərək bütün qanuni hüquqlardan faydalana bilirdi, ancaq "evli" olaraq adlandırılmırdılar. Lakin bu qəbul edilən qanunla homoseksual cütlüklər də evli cütlüklər kimi eyni hüquqlara sahib olacaq.